Kompüter təşkili Flashcards
Kompüterin təşkili prinsipləri hansılardır?
1) Hesablama maşının əsas komponentlərinin tərkibi
2) İkilik kodllaşdırma prinsipi
3) Yaddaşın ünvanlıq prinsipi
4) Yaddaşın iyerarxik (çoxsəviyyəli) təşkili prinsipi
5) Yaddaşın bircinsliyi prinsipi
6) Proqramla idarəetmə prinsipi
Prosessora nələr daxildir?
1) Hesab məntiq qurğusu
2) İdarəetmə qurğusu
HMQ funksiyası nədir?
Verilənləri emal edir
İQ funksiyası nədir?
Proqramın icrasını təmin edir
Xarici yaddaş hansı məqsədlə istifadə olunur?
Uzunmüddətli verilənlərin saxlanılması
Daxili yaddaş hansı məqsədlə istifadə olunur?
Emal zamanı verilənlərin qısa müddətli saxlanılması
Fon Neyman arxitekturası nədən ibarətdir?
prosessor; daxili yaddaş; xarici yaddaş; xaricetmə qurğusu; daxiletmə qurğusu
İkilik kodlaşdırma prinsipi nədir?
Bütün verilənlər ikilik kodda saxlanılır
İkilik kodlaşdırma prinsipinin üstünlüyü nədir?
Verilənləri saxlayan və emal edən qurğu daha sadə olur
Yaddaşın ünvanlıq prinsipi nədən ibarətdir və hansı funksiyaları yerinə yetirir?
1) Operativ yaddaş ayrı-ayrı bitlərdən ibarətdir
2) Qonşu bitlər xanalara birləşir
3) Hər xananın ünvanı (nömrəsi) var
4) Xanaların nömrələnməsi sıfırdan başlayır
5) Birdəfəyə yalnız bütöv xananı oxumaq və ya yazmaq olar
İlk EHM-lərdə xananın ölçüləri neçə bit idi?
36;48;60 bit`
Hal hazırda xananın ölçüsü neçədir?
8 bit
RAM nədir?
Random Access Memory
Xanalardan verilənlərin istənilən ardıcıllıqda oxunması və yazılması
RAM- operativ yaddaş qurğusu (operativ yaddaş)
ROM nədir?
Read Only Memory ( daimi yaddaş qurğusu)
Kompüterin yüklənməsi və yoxlanılması həyata keçirən proqramları saxlayır
Yaddaşa yazmaq mümkün deyil
Yaddaşın iyerarxik təşkilində yaddaşa əsas tələbat nə idi?
Böyük həcm
Müraciət zamanı yüksək sürət
Neçə yaddaş səviyyəsi var və hansılardır?
Daxili yaddaş (kiçik həcm, yüksək sürət)
Xarici yaddaş (böyük həcm, aşağı sürət)
Yaddaşın bircinsliyi prinsipi nədir?
Proqramın kodu ROM-da və ya xarici yaddaşda saxlanılır və məsələnin həlli üçün RAM-a yüklənir.
Proqram və verilənlər eyni yaddaşda saxlanılır
Yaddaşın bircinsliyi prinsipinə hansı arxitektura ziddir?
Harvard arxitekturası-burada proqramlar və verilənlər yaddaşın müxtəlif sahələrində saxlanılır!
Proqram nədir?
Proqram əmrlər yığımıdır
Proqramla idarəetmə prinsipi nədən bəhs edir?
Əmrlər prosessor tərəfindən müəyyən ardıcıllıqla yerinə yetirilir
Əmrlər sayğacı nədir?
Əmrlər sayğacı registr olub növbəti yerinə yetirilən əmrin ünvanını yadda saxlayır
Prosessorun əsas işləmə alqoritmi hansı addımlardan ibarətdir?
1) Əmri seçmək
2) Yerinə yetirilən növbəti əmrin ünvanını əmrlər sayğacına yazmaq
3) Əmri yerinə yetirmək
4) 1-ci addıma keçmək
Başlanğıc ünvan necə verilə bilir?
Əl ilə (İlk EHM-lərdə)
ROM-dan, avtomatik (yoxlama, sonra isə əməliyyat sisteminin yüklənməsi)
Arxitektura nədir?
Kompüterin arxitekturası müəyyən kompüter ailəsinin ümumi qurulma prinsipləridir(PDP, EC, EHM, Apple, İBM, PC…)
Arxitekturaya aiddir:
1) Əmrlər sisteminin qurulma və kodlaşdırma prinsipləri
2) Verilənlərin formatları və onların kompüterdə təsviri
3) Proqram əmrlərinin yerinə yetirmə alqoritmi
4) Yaddaşa və xarici qurğulara müraciətin yolları
5) Qurğuların konfiqurasiyasının dəyişdirilməsinin mümkünlüyü
Arxitekturaya aid deyil:
Mikrosxemlər yığımı
Sərt diskin növü
Yaddaşın tutumu
Takt tezliyi
Fon Neyman arxitekturası hansı komponentlərdən ibarətdir?
İQ
HMQ
RAM
Çoxmaşınlı arxitektura:
İQ İQ İQ
HMQ HMQ HMQ
RAM RAM RAM
Müstəqil problemlər
Çoxprosessorlu arxitektura:
İQ İQ İQ
HMQ HMQ HMQ
RAM
Bir problemin hissələri müxtəlif proqramlar ilə
Paralel prosessorlar:
İQ
HMQ HMQ HMQ
RAM
Kompüterin hası növləri var?
1) Masaüstü (desktop)
2) Daşınan (notebook, laptop)
3) Netbook (DVD yoxdur)
4) Planşet
5) Smartfonlar və cib kompüterləri
6) Superkompüterlər(TİTAN)
Şin nədir?
Şin və ya magistral- bir neçə qurğu arasında əlaqə yaradan çoxnaqilli rabitə xətti
Şinin neçə növü var və hansılardır?
3 növü var:
1) Ünvanlar şini
2) Verilənlər şini
3) İdarəetmə şini
Ünvanlar şini ilə kompüterin hansı hissələri əlaqəlidir?
Prosessor(HMQ. İQ) və Daxili yaddaş
İdarəetmə şini ilə kompüterin hansı hissələri əlaqəlidir?
Daxiletmə qurğuları, Xaricetmə qurğuları, Xarici yaddaş
İdarəetmə şini ilə əlaqə necə yaranır?
Kontroller vasitəsilə
Kontroller nədir?
Xarici qurğuları idarə edən və verilənlərin ilkin emalını həyata keçirən elektron qurğu
(Klaviatura kontrolleri; Sərt diskin kontrolleri; Şəbəkə kartı; Video Kart)
Müasir kompüterlərin arxitekturasına hansı arxitektura daxildir?
Magistral-modul arxitekturası
Magistral-modul arxitekturası:
Kompüterin yeni qurğularının(modulların) sayı şinə (magistrala ) qoşulmaqla çox asanlıqla artırıla bilər
Açıq arxitektura prinsipi:
1) Şinin spesifikasiyası (bütün parametrlərin ətraflı təsviri) məlumdur
2) İstehsalıçılar yeni uyğun gələn qurğuları istehsal edə bilərlər
3) Ana lövhəsinin üzərində standart bağlayıcılar (socket) var
4) Hər qurğu üçün drayver (driver-qurğunu idarə edən proqram ) lazımdır
İBM nədir?
Açıq arxitektura
Xarici qurğularla mübadilənın necə növü var?
3 növü var:
Proqramla idarə olunan mübadilə
Kəsilmələr üzrə mübadilə
Yaddaşa birbaşa müraciət
Proqramla idarə olunan mübadilə nədir?
Proqramla idarə olunan mübadilə- bütün daxiletmə və xaricetmə əməliyyatları proqramda nəzərdə tutulmuşdur, onların hamısını prosessor yerinə yetirir
Proqramla idarə olunan mübadilə hansı üstünlükləri var?
1) sadəlik
2) əlavə qurğuya ehtiyac yoxdur
Proqramla idarə olunan mübadilə hansı mənfi cəhətləri var?
Prosessor ləng işləyən qurğuları çox gözləyir
Kəsilmələr üzrə mübadilə nədir?
Kəsilmələr üzrə mübadilə- xarici qurğu prosessora xidmət üçün sorğu göndərir (kəsilmə)
Prosessor proqramın yerinə yetirilməsini dayandırır və..
Kəsilmənin emalı proqramına keçir və…
Dayandırılmış proqrama qayıdır
Kəsilmə kontrolleri nədir?
Müxtəlif növ kəsilmələr üçün üstünlük dərəcələrindən istifadə edir
Kəsilmələr üzrə mübadilə hansı üstünlüyü var?
prosessor qurğunu gözləmir
Kəsilmələr üzrə mübadilə hansı mənfi cəhəti var?
Bütün işi prosessor yerinə yetirir
Yaddaşa birbaşa müraciət nədir?
Mərkəzi prosessorun əmri əsasında xarici qurğu verilənlərlə mübadiləni yerinə yetirir
DMA nədir?
Direct Memory Access- Yaddaşa birbaşa müraciət
DMA necə işləyir?
Prossessor mübadiləni hazırlayır:
DMA kontrolleri proqramlaşdırılır
DMA kontrolleri verilənləri ötürür
DMA hansı üstünlüyü var?
prosessor minimal dərəcədə yüklənir
DMA hansı mənfi cəhəti var?
çətinlik(DMA kontrolleri lazımdır)
Fərdi kompüter bloklarının qarşılıqlı əlaqəsini izah et?
Portlar, Prosessor, Yaddaş hər üç şinə birbaşa birləşir.
Video kart, Şəbələ kartı, Disk daşıyılıcıları şinlərə kontrollerlər vasitəsilə qoşulur.
qeyd: Portlar:
klaviatura, mouse, modem, printer, skaner
Prosessor nədir?
Prosessor- proqram əmrlərinin avtomatik oxunması, dekodlaşdırılması və yerinə yetirilməsini həyata keçirən qurğu
HMQ:
Hesab Məntiq Qurğusu, verilənləri emal edir
İQ:
İdarəetmə qurğusu, proqramım icrasına nəzarət edir, kompüterin bütün qurğularının işini tənzimləyir
HMQ nədən ibarətdir?
2 registr
Cəmləyici
Əməliyyatlara nəzarət etmək üçün sxem
Prosessorun vəziyyətini göstərən registr:
Bitlər axırıncı R əməliyyatdan sonra qoyulur: Z biti(zero)-1-ə qoyulur, əgər R=0 N biti (negative)- 1-ə qoyulur, əgər R<0 C biti (carry)-1-ə qoyulur, əgəe növbəti mərtəbəyə köçürmə baş verib
HQM riyazi soprosessordan fərqləndirən nədir?
HQM tam ədədlərlə, riyazi soprosessor isə həqiqi ədədlərlə (kəsrlərlə) işləyir
İdarəetmə qurğusunun hansı funksiyaları var?
1) Yaddaşdan növbəti əmri oxuyur
2) Əmri dekodlaşdırır, əmrin yerinə yetirilməsi üçün 3)lazım olan addımları müəyyən edir
4) İlkin verilənləri özündə saxlayan yaddaş xanalarının ünvanlarını müəyyən edir
5) HMQ-na ilkin verilənləri daxil edir
6) Əməliyyatın gedişinə nəzarət edir
7) Nəticəni yaddaşa yazır
Mikroprosessorun tərkibi hansı hissələrdən ibarətdir?
1) Prosessorun nüvəsi
2) Sopresessor
3) Keş-yaddaş
4) Verilənlər şini
Prosessorun nüvəsi:
Prosessoru nüvəsi və ya əsas hissəsi. Buna əsas hesablama qurğusu (HMQ) deyilir. Məhz burada prosessora daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir
Soprosessor:
Ən mürəkkəb riyazi hesablamalar, o cümlədən, sürüşən nöqtəli əməliyyatlar üçün əlavə blokdur. Qrafiki və multimedialı proqramlarla işlədikdə soprosessordan istifadə edilir
Keş yaddaş:
Bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır. Prosessor tez-tez istifadə olunan verilənləri əldə etmək üçün ləng işləyən əməli yaddaşa və sərt diskə müraciət əvəzinə, daxilində quraşdırılan keş-yaddaşa müraciət edir. Müasir prosessorlarda 3 növ keş-yaddaşdan istifadə olunur
Verilənlər şini:
İnformasiya magistralı olub, onun sayəsində prosessor kompüterin digər qurğuları ilə verilənlər mübadiləsini apara bilir
Prosessorun əsas parametrləri hansılardır?
1) Takt tezliyi
2) Prosessorun dərəcəsi
3) Registrlərin uzunluğu
4) Verilənlər şinin dərəcəsi
5) Ünvan şinin dərəcəsi R___(Yaddaşın həcmi 2**R baytdır)
Takt tezliyi nədir?
Saniyədə takt impulsların sayı
Prosessorun dərəcəsi:
Prosessorun dərəcəsi onun tərkibində olan registrlərin uzunluğu ilə bağlıdır. Bir əmr zamanı maksimal emal elədiyi ikili mərtəbələrin sayı ilə müəyyən olunur (32, 64 və ya 128 dərəcəli)
İstehsalçı firma:
İNTEL, AMD və Cyrix
Şinin tezliyi nədir?
Şin- özünə məxsus informasiya magistralı olub, ana karta qoşulan prosessoru , əməli yaddaşı, video-kart kimi bütün qurğuları əlaqələndirir. Bu magistralın ötürmə qabiliyyəti onun takt tezliyi ilə məhdudlaşır.
Şin tezliyinin işləmə prinsipi:
Şinin tezliyi bilavasitə prosessorun takt tezliyi ilə “vurma əmsalı “ vasitəsilə bağlıdır. Prosessorun takt tezliyi əmsala vurulmuş sistem şinin tezliyinə bərabərdir.
Vurma əmsalı nədən asılıdır?
Vurma əmsalı prosessorun növündən asılıdır. MəsələnI
Pentium IV üçün:
2.4GHz=200MHz*12
Prosessorların nəsilləri:
Bir-birindən işləmə sürəti, arxitektura, hazırlama texnologiyası və xarici görünüşü ilə bərabər, keyfiyyət cəhətdən də fərqlənirlər
Neçə cür modifikasiya var?
1) Mobil prosessorlar(netbuklar, mobil telefonlar)
2) Mobil-ofis prosessorları(noutbuklar, ofis və ev kompüterləri)
3) Universal prosessorlar
4) Oyun və professional prosessorlar
5) Server və işçi stansiyalar üçün prosessorlar
Form-faktor:
Prosessorun yerləşdiyi yuvanın tipi
Kuler:
Prosessoru soyudur( prosessor 90 dərəcəyə kimi qızır)
Prosessorun əmrlər sistemi:
1) Verilənlərin ötürülməsi( kopyalanması) əmrləri
2) Cəbri əməliyyatları
3) Məntiqi əməliyyatlar, məsələn NOT, AND, OR, XOR
4) Daxiletmə və xaricetmə əmrləri
5) Keçid əmrləri(şərti və şərtsiz)
Uyğunluq prinsipi nədir?
Uyğunluq: Yeni modellər əvəəlki prosessorların əmrlərini dəstəkləyir!
Operandlar nədir?
Operandlar əməliyyatı yerinə yetirmək üçün verilənlərdir.
Kompüterin yaddaşı nədir?
Yaddaş- proqram əmrlərinin və verilənlərinin yazılmasını, saxlanılmasını və oxunmasını həyata keçirən kompüter qurğusu
Yaddaşın neçə növü var və hansılardır:
Daxili və xarici yaddaş
Daxili yaddaş:
Daxili və ya əsas( məsələnin həlli zamanı proqramları və verilənləri özündə saxlayan yaddaş) RAM və ROM
Xarici yaddaş:
Xarici və ya uzunmüddətli-HDD, CD, DVD, fləş-yaddaş
Daxili yaddaş:RAM:
Random Access Memory, yaddaş xanalarına ixtiyari müraciət
ƏYQ nədir?
Əməli yaddaş qurğusu
RAM-a hansı komponentlər daxildir?
1) Triggerlər(statik) Registrlər, keş yaddaş
2) Yarımkeçirici kondensatorlar(dinamik)
Yarımkeçirici kondensatorlar:
1) Böyük həcm
2) Daha aşağı qiymət
3) Daha az sürət
4) Daha çox enerji sərfi
Daxili yaddaş:ROM
Read Only Memory:
İlk: İnformasiya istehsal zamanı yazılırdı;
Sonra: Proqramlaşdıra bilən ROM;
Daha sonra; Yenidən proqramlaşdırılan ROM( fləş-yaddaş
ROM-un daxilində hansı proqramlar var?
1) POST(Power On Self Test)
2) CMOS(Complementary metal-oxide semiconductor)
3) BIOS(Basic Input/ Output System)
4) BOOT(yüklənmə)
POST:
Kompüter qoşulduqda qurğuların elektrik şəbəkəyə qoşulmasını yoxlayır
CMOS:
Kompüterə yeni qurğu qoşulduqda məlumatları yeniləyir
BİOS:
Qurğularla müxtəlif əməliyyatlar aparmaq üçün istifadə olunur
BOOT:
Əməliyyat sisteminin yüklənməsini həyata keçirən proqram
Xarici yaddaş:
Xarici yaddaş proqramları və verilənləri uzun müddətli saxlanılması üçün istifadə olunan kompüter yaddaşı
Xarici yaddaş qurğular:
Daşıyıcılar:
Maqnit disklər
Optik disklər
Fləş-yaddaş
Xarici yaddaşın funksiyaları:
1) Verilənlər blok şəkilində yazılır (disklərdə - sektorlar)
2) Verilənlərin bloku bütöv şəkilində oxunur və yazılır; blokun bir hissəsi ilə işləmək mümkün deyil
3) Prosessor proqramları və ya verilənləri istifadə etməzdən əvvəl onları xarici yaddaşdan RAM-a yükləyir
4) Verilənlərin mübadiləsini kontrollerlər təşkil edir
Xarici yaddaş növü:
1) Perfolentlər, perfokartlar
2) Maqnit lentlər, maqnit disklər
3) Optik disklər
4) Fləş-yaddaş
Verilənlərin RAM-a yazılması:
1) Tapşırıq kontrollerə göndərilir
2) Verilənlər RAM-a ötürülür
Port nədir?
Kontrollerin registridir
Prosessor porta nömrəsi ilə müraciət edir
Yaddaşın iyerarxiyası: (Həcm artır; Sürət azalır)
Registrlər Keş yaddaş RAM Xarici yaddaş (Disklər, HDD, fləş) Kompüter şəbəkələri
Keş yaddaş:
Prosessor ilə RAM arasında yerləşdirilən cəld işləyən yaddaş tipidir
Ləng işləyən operativ yaddaşı sürətləndirən yaddaş növüdür. Artıq istifadə olunmuş verilənlər keş-yaddaşda saxlanılır və bu verilənlərə təkrar müraciət olarsa, onda onlar keş-yaddaşdan oxunacaqlar
Problem:
Prosessorun takt tezliyi RAM-ın takt tezliyindən yüksək olduğu üçün prosesor verilənlərin gəlməsini “gözləyir”
Keş yaddaşdan hansı məqsədlə istifadə olunur:
RAM-dan verilənlərin oxunması üçün keş yaddaşdan istifadə edilir. Əgər lazım olan yaddaş xanası keş yaddaşında varsa, onda onu keşdən götürür (sürətli)
Virtual yaddaş:
Proqramların həcmi artır
Emal olunan verilənlərin həcmi artır (Tbayt-lara kimi)
Bir-neçə proqramın eyni zamanda işləməsi
Virtual yaddaşın səhifələrə harda yerləşir?
Xarici yaddaşda
İnformasiya tutumu:
Yaddaş qurğusu tərəfindən yadda saxlanılan verilənlərin maksimal həcmi
Müraciət vaxtı:
Sorğunun göndərilməsi və verilənlərin şində alınmasının zaman intervalı
Disklər :
Dİsklər üçün formatlanmış faydalı tutum
Verilənlərin ötürülməsinin orta sürəti:
1 saniyə ərzində ötürülən verilənlərin həcmi (Mbayt/san)
Daxiletmə qurğuları:
Daxiletmə qurğuları vasitəsilə istifadəçilər kompüterə əmrləri ötürür. Daxiletmə qurğuları verilənlərin ilkin emalını həyata keçirir, yəni ikilik koda çevirir
Sensor ekran:
Həm d; həm x
Skaner:
Daxili
Mikrofon:
Daxili
Mouse:
Daxili
Mikrofon:
Daxili
Coystik:
Daxili
Qrafiki planşet:
Daxili
Sensorlar:
Daxili
Proyektor:
Xarici
Monitor
Xarici
Səs kartı:
Həm x, həm d
Bar kod oxuyucu
Daxili
MFS qurğuları:
Daxili
Üz və səs tanıma
Daxili
Klaviatura membranın üstünlüyü:
Sadə və ucuz
Klaviatura membranın mənfi cəhətləri:
Qısa ömürlü
Zaman ötdükcə parametrlər pisləşir
Mexaniki klaviaturanın üstünlükləri:
Daha sürətli reaksiya
20-50 mln düymə sıxılması
Parametrlər dəyişmir
Mexaniki klaviaturanın mənfi cəhətləri:
Daha bahalı
Ağır
Klaviatura kontrollerinin funksiyaları:
1) Düymələri sorğulayır; onların basılmasını və ya buraxılmasını qeyd edir
2) Axırıncı basılmış və ya buraxılmış düymələrin skan-kodlarını yadda saxlayır
3) Mərkəzi prosessora kəsilmə haqda siqnal verib, ona skan-kodlarını ötürür
4) Klaviatura indikatorlarına nəzarət edir
5) Klaviaturada baş verən nasazlıqların diaqnostikasını həyata keçirir
Optik mousun xarakteristikaları:
Ayırdeymə-1000 dpi
Saniyədə 10.000-ə qədər kadrların sayı
Kadr ölçüsü: 16-16; 32-32
Lazer mouse:
Lazerlə işıqlanma
Daha kontrast təsvir
Dəqiqlik yüksəkdir
Manipulyatorlar:
1) Trackball
2) Sensor panel
3) Trackpoint
4) Joystick
5) Oyun manipulyatorları
Skanerlər:
Skaner təsvirləri daxil etmək üçün qurğu
Skanerlərin növləri:
1) Əl tipli
2) Planşet tipli
3) Baraban
4) Slayd-modullu
5) Rulon
Ayırdetmə qabiliyyəti:
Skaner tərəfindən ayıra bilən və 1 düyümə düşən nöqtələrin maksimal sayıdır.
PPİ
pixels per inch, 1 düyümə düşən piksellərin sayı
1) 150-300- aşağı ayırdetmə qabiliyyəti
2) 300 ppi-həvəskar fotoların skanı
3) 5400ppi-a qədər- filmlərin skanı
4) planşet tipli<5400 ppi
5) baraban tipli< 14400 ppi
6) rulon tipli<800 ppi
Mətnin skan edilməsi
Skanlar mətnləri yalnız təsvir kimi daxil edir
Mətn redaktorunda düzəliş etmək üçün simvolları xüsusi proqram vasitəsi ilə ayırmaq lazımdır (>300 ppi)
Simvolların optik tanınması:
OCR-Optical Character Recognition
Mətnlərin tanınması üçün proqramlar
ABBY FLneReader, CuneiForm
Veb kamera
Daxili
Xaricietmə qurğuları
Xaricetmə qurğuları-kompüter verilənləri insan tərəfindən başa düşülən formaya çevirən qurğular
Plotter:
Xarici
Kolonkalar:
Xarici
Qulaqcıqlar:
Xarici
İlk xaricietmə qurğusu:
ƏRQÇ-əlifba-rəqəmsal çap qurğuları
Plotter nədir?
Böyük ölçülü qrafiki təsvirlərin çapı üçün istifadə edilən qurğu (A0, A1, A2, A3)
Plotterin hansı növləri var?
Pero tipli
Şırnaqlı
Lazer
Kağız tipli
Elektron-şüa monitorunun üstünlükləri: (CRT)
1) ucuzdur
2) Reaksiya zamanı kiçikdir
3) Rənglərin təhrifi yoxdur
CRT-nin mənfi cəhətləri:
1) Zərərli elektromaqnit şualandırma
2) Çəkisi 25kq-a kimi
3) Qida mənbədən istifadə -110 WT
Maye kristallı (LCD) monitorunun üstünlükləri:
1) Praktiki olaraq şüalandırma yoxdur
2) Çəki və ölçülərinin kiçik olması
3) Elektrik enerjisinə qənaət (40Wt)
LCD-nin mənfi cəhətləri:
1) Bahadır
2) Təsvirlərin müşahidə bucağı
3) Rənglərin təhrif edir
Plazma tipli monitorlar üstünlüklər (PDP):
1) Çəkisi azdır
2) Reaksiya zamanın kiçik olması
3) Ekran qalın deyil
PDP-nin mənfi cəhətləri:
1) Ölçüləri böyükdür
2) Ayırdetmə qabiliyyəti azdır
3) Enerjidən çox istifadəsi
İşıqlı diodlar əsasında monitor üstünlükləri:
1) Yüksək kontrastlıq
2) Reaksiya sürətinin yüksək olması
3) Yüngül çəki
4) Nazik korpus
LED-in mənfi cəhətləri:
1) Bahadır
2) Rənglərin təhrif edilməsi
3) Enerjidən çox istifadəsi
4) Diod lampaların sıradan çıxması
Ayırdetmə qabiliyyəti:
Screen resolution:-ekranın enində və hündürlüyündə nöqtələrin sayı
Printer:
İnformasiyanı kağıza və ya lentə çıxarmaq üçün qurğu
Çapın keyfiyyəti:
dpi-dots per inch, 1 düyümə düşən nöqtələrin sayı adətən 300-600 dpi 1200 dpi(nəşriyyar keyfiyyəti)
Printerlərin növləri:
1) Matris tipli
2) Şırnaq
3) Lazer
4) Sublimasiyonlu
5) 3D printer
Matris tipli printerin( rəngləyici lent) üstünlükləri:
1) Ucuz printerlər və lentlər
2) Kağıza qarşı tələbkar deyil
Matris tipli printerin mənfi cəhətləri:
1) Aşağı keyfiyyət-300 dpi kimi
2) Mətn və qrafikanın aşağı sürətlə çapı
3) Səs salır
4) Ağ-qara çap
Şırnaqlı printer (İnkjet printer) üstünlükləri:
1)Nisbətən ucuzdur
2)Keyfiyyətli çap
3)Az səs salır
4)Əksəriyyəti rənglidirlər
Rənglə dolu katriclər
Şırnaqlı printer (İnkjet printer) mənfi cəhətləri:
1) Kağıza qarşı həsasdır
2) Katricləri bahadır
3) Kağızın üzərinə su töküləndə təsvir korlanır
Şırnaqlı printer (İnkjet printer) növləri:
1) Ağ-qara
2) Rəngli: CMYK
Lazer tipli printerin üstünlükləri :
Qrafit tozlu
1) Günü-gündən ucuzlaşır
2) Çap keyfiyyəti yüksəkdir
3) Səsi azdır
4) Rəngli olanları var
Lazer tipli printerin mənfi cəhətləri:
1) Kağıza həssasdır
2) Kartricləri bahadır
3) Enerjini çox istifadə edirlər
4) Rəngli lazer printerləri bahadır
Sublimasyonlu printer:
Üstünlükləri:
Rəngləyici lent İstiləndirməklə çap edilir Üst qatın qorunan olması 1)Foto çapının yüksək olması 2)100 ilə kimi rənglər solmur 3)Foto kameradan birbaşa çap
Sublimasyonlu printerin mənfi cəhətləri:
Xüsusi kağız və rəngli plyonkalar
3D printer:
Fiziki obyekti rəqəmli üçölçülü model əsasında yaradan qurğu